Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması ilə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)
1842
28 Sep 2024 | 11:22

Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması ilə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)

Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki, Almaniyada qeydiyyatdan keçmiş ikisi Quran ayələri ilə əlaqəli çoxsaylı Elmi Kəşfləri ilə ixtisası üzrə (nanokolloid kimyası əsasında neft-mədən nanoekotexnologiyaları) dünyada rekord göstəricilərlə uğur qazanan Rahim Abas oğlu Daşdiyevin rəhbərliyi altında son 12 il müddətində, taktiki (dünya həyatı) və strateji (axirət) əhəmiyyətli Mütləq Kitabı olan Quran ayələrinin mindən artıq ad altında sistemləşdirilmələri nəticəsində təqdim edilən “Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması lə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)” adlı aktual silsilədən olan növbəti yazını Moderator.az oxucularına təqdim edirik.
 
Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması lə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)
(2.7, 2.10, 2.74, 2.88, 2.97, 2.186, 2.235, 2.253, 2.283; 3.7, 3.20, 3.29, 3.119, 3.154; 4.63; 5.7, 5.116; 6.125; 7.40, 7.43, 8.43; 9.15; 10.57; 13.11, 15.47; 17.85; 19.71; 20.25; 22.46; 29.10; 32.7-9; 43.80; 47.24; 50.16; 56.83-85; 57,4; 58.7; 60.1; 67.13; 84.23; 92.12; 94.1-3)
 
Qeyd edilən ayələrin ixtisarla təsviri
 
Kodlaşmanın ana bətnində baş verməsi hadisəsi:
 
32.7-9. O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən - bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu ne’mətlərə) az şükür edirsiniz! 
 
“... Biz ona şah damarından da yaxınıq!...”:
 
50.16. And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur!)
 
Allahın köksləri (qəlbləri) təmizləməsi:
 
7.43. Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: "Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!" Onlara: "Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!" - deyə müraciət ediləcəkdir.
 
15.47. Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.
 
94.1.Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!) 
 
Allahın kökslərdə (və ya qəlblərdə) olanları bilməsi 
 
(2.7, 2.10, 2.74, 2.88, 2.97, 2.186, 2.235, 2.283; 3.7, 3.20, 3.29, 3.119, 3.154; 4.63; 5.7; 6.125; 7.40, 7.43, 8.43; 9.15; 10.57; 13.11, 15.47; 20.25; 22.46; 47.24); 
 
2.186.(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.
 
5.7.Allahın sizə olan ne’mətini və: "Eşitdik və itaət etdik", – dediyiniz zaman sizinlə bağladığı əhdi unutmayın. Allahdan qorxun. Şübhə yoxdur ki, Allah ürəklərdə olanları (qəlblərin sirrini) biləndir!
 
5.116. (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" – demişdin? "(İsa cavabında) deyəcək:" Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!
 
8.43.O zaman Allah rö’yanda sənə onları (düşmənləri) az göstərirdi. . Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir!
 
29.10.Məgər Allah məxluqatın (mələklərin, insanların və cinlərin) ürəklərində olanları (imanı, küfrü və nifaqı) bilmirmi?! 
 
56.85. Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz! 
 
57.4. Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!
 
58.7. (Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!
 
60.1. Ey iman gətirənlər!. ... Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!
 
67.13. (Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir! 
 
84.23.Halbuki Allah  onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir!
 
Əməlləri yazan mələklərlə Allahın kodlaşdırdığı insanlara nəzarət sistemi:
 
43.80. Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar!
 
Allah tərəfindən kodlaşdırılmış insanların üç dəstə ilə Axirət məkanlarına yerləşdirilməsi:
 
19.71. Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır.
 
Nəticələr:
 
1.Allahın insanları kodlaşdırması lə bağlı internet axtarışları nəticəsində zəruri məlumat əldə edilmədiyindən, baxılan məsələnin ilk dəfə olaraq araşdırılması mövzunun aktuallığını təsdiq edir.
 
2. Mahiyyəti yalnız Özünün Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması lə bağlı - Quranda düşünən insanlar üçün kifayət qədər işarələr (eyhamlar) vardır.
 
3.Əməlləri yazan mələklər hər bir insan üçün Allah tərəfindən təyin edilən, mahiyyəti isə yalnız Özünün Qeyb Elminə bəlli olan Kod vasitəsi ilə hər bir insanın nəinki aşkar əməllərini və hətta gizli, həm də qəlbindəkiləri də yazmaqla, həmin Kod vasitəsi ilə müvafiq məlumatı Allahın dərgahındakı Kainat Miqyaslı Yaddaş Sistemi olan Lövhi-Məhfuz Kitabına 8 ötürürlər. Məhz buna görə də Rəbbimiz Quranda birmənalı olaraq deyir: “... Biz ona şah damarından da yaxınıq!...” (50.16).
 
 
Əsas mənbə:
 
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi), 1992.
 
Qeyd edək ki, professor R.A.Daşdiyevin Moderator.az saytnda dərc edilən digər aşağıdakı məlumatları da məhz Quran ayələri ilə bağlıdır: 
 
“Azərbaycan alimlərinin Quran ayələri əsasında Elmi Hipotezi” adlı məlumat. Ilk dəfə 12.11.2023 tarixində (22:35) Moderator.az saytinda dərc edilmişdir:  //moderator.az/az/cemiyyet/703915/azerbaycan-alimlerinin-quran-ayeleri-esasinda-elmi-hipotezi-foto/
 
“Əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 16.06.2024 tarixində (10:47) Moderator.az saytinda dərc  edilmişdir (Ekskluziv):  //moderator.az/az/ekskluziv/779607/quranda-eksliklerin-vehdeti-ve-mubarizesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/
 
“Quranda İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 05.07.2024 tarixində (10:45) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/cemiyyet/785065/quranda-inkarcilarin-allah-terefinden-inkar-edilmesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/
 
“Quranda dialektika qanunları ilə izah oluna bilməyən Allahın Ol qanunu - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 18.07.2024 tarixində (10:57) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/789411/quranda-dialektika-qanunlari-ile-izah-oluna-bilmeyen-allahin-ol-qanunu-gresen-hegelin-xeberi-olubmu/
 
“Quranda qeyd edilən 4-cü və 5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın Qeyb Elminə bəllidir” adlı araşdırma nəticəsi 13.05.2024 tarixində (11:23) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/768742/quranda-qeyd-edilen-4-cu-ve-5-ci-varliqlarin-neden-yaradilmasi-bilgileri-yalniz-allahin-qeyb-elmine-bellidir/ 
 
“Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi” adlı məlumat 07.05.2024 tarixində (17:10) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/elmvetehsil/767480/zem-zem-suyunun-sirlerinin-acilmasi-istiqametinde-azerbaycanli-alimin-elmi-kesfi/
 
“Dünya təcrübəsində Quran ayələri əsasında ilk Elmi Kəşf 2024-cü ildə Almaniyada Azərbaycan alimlərinin adına qeydiyyatdan keçmişdir – lakin bu bir başlanğıcdır...” adlı məlumat 24.07.2024 tarixində (11:40) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/791321/dunya-tecrubesinde-quran-ayeleri-esasinda-ilk-elmi-kesf-2024-cu-ilde-almaniyada-azerbaycan-alimlerinin-adina-qeydiyyatdan-kecmisdir-lakin-bu-bir-baslanicdir/
 
“Dərgahındakı Lövhi-Məhfuz kitabının Allahın Kainat Miqyaslı Yaddaş Sistemi olması – Quranda düşünən insanlar üçün müvafiq işarələr (eyhamlar)”adlı məlumat 08.08.24 tarixində (19:45) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/795985/dergahindaki-lvhi-mehfuz-kitabinin-allahin-kainat-miqyasli-yaddas-sistemi-olmasi-quranda-dusunen-insanlar-ucun-muvafiq-isareler-eyhamlar/
 
Link kopyalandı!
Son xəbərlər