Yaz aylarında payız havası nə vaxta qədər davam edəcək? - VİDEO
136
14:53, Bu gün

Yaz aylarında payız havası nə vaxta qədər davam edəcək? - VİDEO

İyun ayı olmasına baxmayaraq, hava nisbətən soyuq və küləkli keçir.
 
Sərin hava, güclü külək və arabir yağan yağışlar insanların gündəlik həyatına təsirsiz ötüşmür.
 
Yaz, yay mövsümündə isti havaya öyrəşən sakinlər yenidən gödəkcə və qalın geyimlərə üstünlük verməli olublar.
 
Baku TV-nin paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar da dəyişkən hava ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
 
"Uşaq vaxtı mart ayında qısaqol paltarla nənəmgilə gedirdim. Amma indi soyuqdur, gödəkcə götürmüşük", - deyə sakinlərdən biri deyib.
 
Bu cür hava şəraiti xüsusilə açıq havada çalışan şəxslər, turizm obyektləri və istirahət planlaşdıran insanlar üçün müəyyən çətinliklər yaradıb.
 
Turizm ekspertlərinin sözlərinə görə, bir çox insan mövcud hava şəraitinə görə iyun ayında tətil planını təxirə salıb.
 
Ekoloqlar isə bildirirlər ki, hazırkı hava şəraiti atmosfer prosesləri ilə əlaqədardır və bəzi illərdə belə hallara rast gəlinib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər