117
15:58, Bu gün

"Haber Global"ın WUF13-dən növbəti reportajı: Azərbaycanın inşaat təcrübəsindən danışıldı - VİDEO

Türkiyənin "Haber Global" kanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı növbəti reportaj hazırlayıb.
 
Moderator.az xəbər verir ki, telekanalda nüfuzlu tədbirə 182 ölkədən iştirakçıların qatıldığı xatırladılıb.
 
"Bu gün forumun üçüncü günüdür. Tədbir iştirakçıları öz təcrübələrini bölüşürlər.
 
Forumda iştirak üçün 45 mindən çox insan qeydiyyatdan keçib. Bu da iki il öncə Misirdə keçirilən analoji tədbirə qatılanlardan təxminən iki dəfə çoxdur.
 
Tədbirin Bakıda baş tutması da çox önəmlidir. Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycan belə bir foruma ev sahibliyi edir", - deyə telekanalın süjetində bildirilib.
 
"Haber Global"ın əməkdaşı ayrıca olaraq Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra inşaat sahəsində böyük təcrübəyə sahib olduğunu da vurğulayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər