17:21
21°C
Bakı
Şəhərlər insanların ehtiyaclarına cavab verməyə davam etməlidir.
Moderator.az xəbər verir ki, bunu BMT-nin İnklüziv İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Qlobal Tərəfdaşlığının sədri Luis Qalleqos Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən QHT forumunda deyib.
O qeyd edib ki, şəhərlər insanların ehtiyaclarına cavab verməyə davam etməlidirlər:
"Biz qadınların, kişilərin və uşaqların həyatı üçün uyğun şəhərlərə ehtiyac duyuruq. Lakin yaşlı insanlara və əlilliyi olan şəxslərə xüsusi diqqət göstərilməlidir. Üç milyard insan üçün qərar qəbul etmək çətin vəzifədir. Bu problemlərin həlli üçün malik olduğumuz ən yaxşı forma əməkdaşlıqdır və Baş Assambleya bunun bir hissəsi olmalıdır".