Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən "Pearl Kids" uşaq bağçası ilə bağlı redaksiyamıza valideyn şikayəti daxil olub.
Moderator.az Milli.az-a istinadla xəbər verir ki, valideynin iddiasına görə, bağçada müəllimlərdən ikisi azyaşlı uşağa qarşı kobud davranış nümayiş etdirib. Bildirilir ki, uşaqlar arasında yaranan mübahisədən sonra müəllim valideyn kimi məsələyə müdaxilə edərək azyaşlını təhqir edib və onun üzərinə qışqıraraq psixoloji təzyiq göstərib.
Şikayətdə qeyd olunur ki, hadisədə adı hallanan müəllimin övladı da həmin qrupda təhsil alır. Valideyn iddia edir ki, baş verən hadisədən sonra övladı ciddi qorxu keçirib.
Şikayətçi bağçada bu cür halların davam etdiyini və müəssisə rəhbərliyi tərəfindən məsələyə adekvat münasibət göstərilmədiyini bildirir. O, aidiyyəti qurumları məsələni araşdırmağa və bağçada nəzarətin gücləndirilməsinə istəyir.
Qeyd edək ki, "Pearl Kids" uşaq bağçasında bir uşaq üçün ödəniş 500 manatdır.