Abbas Əraqçı ABŞ-ni vədlərinə əməl etməməkdə ittiham edib
Dünya
139
15:48, Bu gün

Abbas Əraqçı ABŞ-ni vədlərinə əməl etməməkdə ittiham edib

İranın xarici işlər naziri Abbas Əraqçı Amerika Birləşmiş Ştatlarının öz vədlərinə əməl etmədiyini bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
 
Diplomat Vaşinqtonun 2015-ci ildə imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxmasını və İslam Respublikasına qarşı əsassız aqressiyanın son dalğaları zamanı İsraillə həmrəylik nümayiş etdirməsini xatırladaraq, ABŞ-nin İran qarşısındakı öhdəliklərini kobud şəkildə pozduğunu vurğulayıb.
 
Əraqçının sözlərinə görə, rəsmi Tehran diplomatiyaya hələ də ciddi yanaşır, eyni zamanda ölkənin təhlükəsizliyini və milli maraqlarını müdafiə etmək üçün hazırlığını gücləndirmək istiqamətində səyini əsirgəməyəcək.
 
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında məqbul bir razılaşma əldə olunmayacağı təqdirdə, Amerika hərbçilərinə İrana qarşı genişmiqyaslı hücuma hazırlaşmağı tapşırmışdı. O qeyd etmişdi ki, İslam Respublikasına endiriləcək zərbələr bir neçə günlüyə təxirə salınıb. Bununla yanaşı, ABŞ lideri Tehrandan nüvə silahının inkişaf etdirilməsindən imtina etdiyini yazılı şəkildə təsdiqləməsi barədə qəti tələb irəli sürmüşdü.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər