Fransadan Ermənistana gizli hərbi avadanlıq daşınır? -
144
12:00, Bu gün

Fransadan Ermənistana gizli hərbi avadanlıq daşınır? - "Haber Global" Azərbaycan KİV-in araşdırması barədə  - VİDEO

Fransadan Ermənistana gizli hərbi avadanlıq tədarük edilir?
 
Moderator.az xəbər verir ki, "Haber Global" "YouTube" kanalının hazırladığı videosüjetdə Azərbaycan KİV-in bu istiqamətdə apardığı araşdırmadan bəhs edilir.
 
"Fransa hərbi karqonu mülki yük adı altında Ermənistana tədarük edib? Fransanın hərbi nəqliyyat təyyarələrinin Ermənistandakı uçuş məlumatları diqqətçəkən hərəkətliliyi ortaya çıxarıb. Azərbaycan KİV həm Fransa mətbuatının təqdim etdiyi rəsmi versiyaların, həm də Fransa Hava Yollarının İrəvana uçuşları ilə bağlı məlumatların diqqətlə araşdırılmasına başlayıb.
 
Fransa Prezidenti Emmanuel Makron mayın 5-də İrəvana rəsmi səfər edib. Ancaq uçuş izləmə məlumatlarına görə, mayın 4-də Fransa Aviakosmik Qüvvələrinə məxsus olan bir "Airbus A330 -200" təyyarəsi İrəvana çatıb. Ertəsi gün isə təyyarə İrəvandan Parisə, oradan da Fransadakı bir hərbi aviabazaya uçub. Bu məlumat təyyarənin hərəkətini təsdiqləsə də, karqonun xarakterinə dair dəqiq informasiya ortaya qoymayıb və bu da bəzi suallar doğurub. Təyyarə, sadəcə, rəsmi səfər üçünmü istifadə edilib, yoxsa daha genişmiqyaslı hərbi dəstək əməliyyatının bir parçasımı olub?" - deyə materialda sual edilir.
 
Daha ətraflı videosüjetdə:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər