Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO
296
10:55, Bu gün

Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO

Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik edilib.
 
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.
 
Bildirilib ki, Şuşa qalasının qarşısından keçən avtomobil yolunda hərəkət artıq birtərəfli qaydada təşkil olunub. Ərazidə sürücülərin hərəkətinə nəzarət məqsədilə xüsusi müşahidə kameraları da quraşdırılıb.
 
Qeyd edilib ki, müəyyən olunan hərəkət qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar. Belə ki, əks istiqamətdə hərəkət edən sürücülər 4 cərimə balı və 150 manat məbləğində cərimə ilə üzləşə bilərlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər