Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində məhəllələrdən birində parklanmış avtomobillərə qarşı xoşagəlməz əməl törədilib.
Moderator.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Sakinlərin bildirdiklərinə görə, hazırda məhəllədə saxlanılan bəzi avtomobillərin alın şüşələrinə yumurta atılıb. Bundan başqa, bir neçə maşının şüşəsilənləri də yuxarı qaldırılıb.
Məlumata əsasən, ərazidə yaşayan sakinlər əvvəllər məhəlləyə giriş və çıxışı nəzarətdə saxlamaq üçün şlaqbaum quraşdırıblar. Buna baxmayaraq, kənardan gələn və ya məhəllədə saxlanılan bəzi avtomobillərə qarşı bu cür hərəkətlərin davam etdiyi bildirilir.
Ərazidən kadrları təqdim edirik: