Ekskluziv
228
13:50, Bu gün

"Avropa İttifaqı Rusiya ilə danışıqlara hazırlaşır" - "Deutsche Welle"

 
"Avropa İttifaqı uyğun an yaranacağı halda Moskva ilə hansı məsələlərin müzakirə ediləcəyini müəyyənləşdirir..."
 
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Rusiya ilə mümkün danışıqlara hazırlıq məsələsini müzakirə etməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
"Hələ Moskvanın hazırlığı görünmür"
 
Avropa Şurasının sədri Antonio Koşta bildirib ki, hazırda Aİ-yə üzv 27 ölkənin rəhbərləri ilə potensial danışıqların formatı və gündəliyi barədə məsləhətləşmələr aparılır. Onun sözlərinə görə, məqsəd uyğun məqam yaranacağı halda Avropa İttifaqının vahid mövqeyini müəyyənləşdirməkdir.
 
Koşta qeyd edib ki, danışıqlar üçün müəyyən potensial olsa da, hələlik Moskvanın ciddi müzakirələrə hazır olduğuna dair siqnallar görünmür. O vurğulayıb ki, Aİ ABŞ-ın apardığı danışıqlara mane olmaq niyyətində deyil. Antonio Koşta həmçinin bildirib ki, Kiprdə keçirilən son sammitdə Ukrayna prezidenti Vladimir Zelenski Avropa liderlərini mümkün sülh danışıqlarına hazır olmağa çağırıb.
 
Fransa nümayəndələrinin Moskva səfəri nəticəsiz qalıb
 
Məlumata görə, Rusiya ilə Avropa arasında son ciddi təmas bu ilin fevralında baş tutub. Həmin vaxt Fransa prezidenti Emmanuel Makronun müşavirləri Moskvaya səfər edərək Ukrayna ilə bağlı mümkün sülh danışıqlarını müzakirə edib.
 
Lakin "Financial Times" yazır ki, Kreml fransız tərəfinin təkliflərini qəbul etməyib. Nəşrin mənbəsinin sözlərinə görə, Vladimir Putinin əsas mesajı belə olub: "Əgər siz konstruktiv dialoqa hazırsınızsa, biz də hazırıq. Əks halda, bununla maraqlanmırıq".
 
ABŞ və Ukrayna danışıqları bərpa edir
 
Məlumata görə, yaxın günlərdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstem Ömərov arasında Mayamidə görüş keçiriləcək.
 
Danışıqların dayanmasına Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəb olub. ABŞ və İsrailin İranla qarşıdurmaya fokuslanması fonunda Vaşinqtonun diqqəti müəyyən müddət Ukrayna məsələsindən yayınıb
 
Bununla belə, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov hesab edir ki, Moskva və Kiyev tədricən kompromisə yaxınlaşır. Onun sözlərinə görə, tərəflər əvvəlki maksimalist mövqelərindən müəyyən qədər geri çəkilməyə başlayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər