Əraqçının Çin səfəri: Həlledici məqam yetişir - VİDEO
120
15:01, Bu gün

Əraqçının Çin səfəri: Həlledici məqam yetişir - VİDEO

"İranın xarici işlər naziri Abbas Əraqçının 5-6 may 2026-cı il tarixlərində Çin Xalq Respublikasına səfəri istər İranın özündə, istərsə də beynəlxalq mediada önəmli diplomatik hadisə kimi dəyərləndirilib. Bu da bir neçə səbəblə əlaqədardır".
 
Bu barədə "Azad İran" "Telegram" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
 
"Əvvəla, bu, fevralın 28-də başlamış müharibədən sonra İranın baş diplomatının Çinə ilk səfəridir. İkincisi, səfər Donald Trampla Si Cinpinin gözlənilən görüşü ərəfəsində, ondan təqribən bir həftə əvvəl baş tutub.
 
Xatırladaq ki, Tramp Çinə bu il martın sonunda getməli idi, lakin İrana qarşı hərbi əməliyyatlar bu səfərin təxirə salınmasına səbəb olub və Tramp-Cinpin görüşünün 14-15 may tarixlərində gerçəkləşəcəyi nəzərdə tutulur.
 
Üçüncüsü, Trampdan sonra Rusiya Prezidenti Vladimir Putinin də Çinə səfəri planlaşdırılır. Səfərin dəqiq tarixi bilinməsə də, onun may ayının ikinci yarısında baş tutacağı elan olunub. Dördüncüsü, Əraqçı İranla ABŞ arasında atəşkəs şəraitində Pakistanın vasitəçiliyi ilə aparılan müzakirələr fonunda Pekinə yollanıb. Bundan əvvəl o, Pakistana, Omana və ən önəmlisi, Rusiyaya səfər edib və həmkarı Sergey Lavrovla yanaşı, Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb. Əraqçı ilə görüşdən az sonra isə Putin Trampla saat yarım davam edən gərgin telefon danışığı aparıb və başlıca müzakirə mövzularından biri, təbii ki, İran məsələsi olub. İran xarici işlər nazirinin ölkə üçün taleyüklü zaman kəsiyində Tehranın strateji müttəfiqi sayılan iki böyük dövlətin paytaxtına səfər etməsi hər halda çox ciddi dinamikanın əlaməti sayıla bilər. Beşincisi, bu səfər ABŞ-nin "Epik qəzəb" əməliyyatının hərbi mərhələsinin başa çatdığını elan etdiyi və Donald Trampın Hörmüz boğazında gəmilərin müşayiətini nəzərdə tutan "Azadlıq layihəsi" əməliyyatını müvəqqəti dayandırdığı bir vaxta təsadüf edib", - deyə materialda bildirilib.
 
Daha ətraflı videosüjetdə:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər