Bakıda Caz və Şərab Festivalı:
377
14:34, Bu gün

Bakıda Caz və Şərab Festivalı: "Nəvəm də, balalarım da buraya gələcəklər" - VİDEO

Bakıda Dənizkənarı Milli Parkda Caz və Şərab Festivalı start götürüb. Festival ilk gündən şəhər sakinləri və turistlərin böyük marağına səbəb olub.
 
Baku TV-nin məlumatına görə, ziyarətçilərin bəzisi festivala daha çox caz musiqisinə qulaq asmağa, bəzisi isə şərab dadmağa gəldiyini bildirib.
 
"Ölkəmizdə caza çox maraq var, nəvəm də, balalarım da buraya gələcəklər", - deyə iştirakçılardan biri söyləyib.
 
Bildirək ki, festival çərçivəsində yalnız şərab deyil, müxtəlif növ çaylar da təqdim olunur. Azərbaycanın müxtəlif bölgələrindən gətirilən təbii bitkilər və qurudulmuş meyvələrlə hazırlanan çaylar qonaqların marağına səbəb olub. Qeyd edək ki, festival aprelin 24-dən başlayaraq mayın 3-dək davam edəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər