“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar”-Akif İslamzadədən sərt TƏNQİD-FOTO+ÖZƏL
Ekskluziv
506
18:35, Bu gün

“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar”-Akif İslamzadədən sərt TƏNQİD-FOTO+ÖZƏL

“Müsahibə verirəm orasını-burasını kəsib, doğrayıb yayımlayırlar. Televiziyalara da deyirəm ki, əgər müsahibə istəyirsinizsə canlı yayıma dəvət edin. Canlı yayıma dəvət edin nə istəyirsiz danışım da. Neynirəm belə müsahibəni?”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib. O daha sonra əlavə edib:


“Son günlər mədəniyyət evində bağça açılması ilə bağlı xəbərlər oxuyuram. Yaxşı ki, kazino və başqa nəsə açmayıblar. O qədər belə şeylər ediblər ki.. Bu toya getməlidir. Guya bilmirsiz? Bu əlbəttə ki, qanunsuzluqdur. Hərhalda özbaşına etməyiblər. Qanunsuzluq tək budur ki? Mədəniyyət sahəsində o qədər özbaşnalıqlar var ki.. Bizim ata-babalarımız şəhərimizə Bakı adını veriblər. Biri “Baku” deyir, biri “Baku” adında sayt açır. Bizdə bəziləri Moskvaya “Meskve” deyir. Biz də “Meskve” deyək?!” deyə sənətkar bildirib.


Qeyd edək ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində qanunsuz uşaq bağçasının fəaliyyət göstərməsi ilə bağlı xəbərlər mətbuatda böyük rezonans doğurub. Ölkənin əksər ziyalıları, tanınmış ictimai-siyasi xadimlər, mədəniyyət adamları bu addımı sərt tənqid edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər