Bizi sosial şəbəkələrdən izləyin:
Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bidirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq cinayətini törətməkdə şübhəli bilinən 20 yaşlı Rafael Quluzadə, 23 yaşlı Eşqin Səmədov, 24 yaşlı Yusif Çərkəzov və onun qardaşı, 27 yaşlı Elməddin Çərkəzov saxlanılıb.
Oğurlanan qızıl-zinət əşyalarının bir hissəsi R.Quluzadənin Beyləqan rayonu, Əmirzeyidli kəndində yerləşən yaşayış ünvanından aşkar edilərək götürülüb. Hadisədən sonra isə E.Çərkəzov və E.Səmədov qızılların digər hissəsinin satılaraq realizə olunmasını təşkil ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.