Bizi sosial şəbəkələrdən izləyin:
Səudiyyə Ərəbistanı milli komandasının sükanı arxasına yeni rəhbər gətirilib.
Moderator.az xəbər verir ki, bu posta tanınmış mütəxəssis Georgios Donis təyin edilib.
Əldə olunan rəsmi razılaşmaya əsasən, 56 yaşlı mütəxəssis 2027-ci ilin yay aylarına qədər milli komandanın uğurları üçün çalışacaq.
Xatırladaq ki, ABŞ, Kanada, eləcə də Meksikada təşkil olunacaq dünya çempionatında Səudiyyə Ərəbistanı seçməsi H qrupunda mübarizə aparacaq. Komanda qrup mərhələsində İspaniya, Kabo-Verde və Uruqvay yığmaları ilə gərgin sınaqlarda üz-üzə gələcək.