Ucarda vəhşi heyvan sakinlərə hücum edib: Xəsarət alanlar var - FOTO
202
13:34, Bu gün

Ucarda vəhşi heyvan sakinlərə hücum edib: Xəsarət alanlar var - FOTO

Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.
 
Moderator.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü Güləndam Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb. Xəsarət alan G.Məmmədovanın köməyinə gələn qonşusu, 1959-cu il təvəllüdlü Musa Həsənov, həyat yoldaşı, 1961-ci il təvəllüdlü Fatma Həsənova da xəsarətlər alıblar. M.Həsənovun barmağı amputasiya olunub.
 
Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə çaqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər