21:21
15°C
Bakı
Əməkdar artist Fərqanə Qasımova yeni fotosessiyasını təqdim edib.
Muğam ifaçısı bordo və qara rənglərin qarışığından hazırlanan geyimdə obyektiv qarşısına keçib. O bildirib ki, şəkilləri yeni işıq üzü görəcək "Ana" layihəsi üçün çəkdirib.
F.Qasımova paylaşımına "Ana", sanki bu 3 hərfli sözdə dünyanın möcüzələri gizlənib. Bu möcüzə bizə həyat bəxş edir. Bəxş etdiyi həyatda isə yolumuza mayak kimi işıq saçır. Bir sevgi yaranır onunla, o sevgidə həm sığınacaq, həm cəsarət, həm də ömrümüz boyu izləyəcəyimiz ilk və ən saf yol xəritəsi var" sözlərini yazıb. (Axşam.az)