21:24
15°C
Bakı
"Betis"in yarımmüdafiəçisi İsko azyaşlı oğlunun futbol oynamaqdan imtina etdiyini bildirib.
Moderator.az xəbər verir ki, təcrübəli futbolçu oğlunun onun zədəli halda çəkdiyi əziyyətləri gördüyü üçün bu qərara gəldiyini deyib:
"Balaca oğlum mənə futbol oynamaq istəmədiyini söylədi. Qoltuqağacı ilə gəzdiyim vaxtlarda çox əziyyət çəkdiyimi görmüşdü və atasını bir daha belə görmək istəmir".
Qeyd edək ki, İskonun 2023-cü ildə azad agent kimi transfer olunduğu "Betis"lə müqaviləsi 2028-ci il iyununa qədər qüvvədədir. İspaniyalı oyunçu zədə səbəbindən 2025/2026 mövsümündə meydana çıxdığı 9 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. (qol.az)