Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib
Dünya
208
20:06, Bu gün

Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib

Omanın Dəniz Təhlükəsizliyi Mərkəzi ölkənin ərazi sularında, Hörmüz boğazında ehtimal olunan üzən minanın aşkar edilməsi barədə xəbərdarlıq edib.

Moderator.az xəbər verir ki, müvafiq bəyanat "X" sosial şəbəkəsində dərc olunub.

"Batan və ya üzən mina olduğu ehtimal edilən obyektin Hörmüz boğazında gəmilərin hərəkət zonasının sahildən qərb hissəsində aşkar edilməsi ilə əlaqədar, Dəniz Təhlükəsizliyi Mərkəzi bütün dənizçiləri, balıqçıları və gəmiləri həmin ərazidə hərəkət zamanı maksimum ehtiyatlı olmağa çağırır", - bəyanatda deyilir.

Qurum dəniz hərəkətinin bütün iştirakçılarını hər hansı şübhəli obyektlərdən təhlükəsiz məsafə saxlamağa və onlar barədə dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırıb.

 

(oxu.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər