Şou-biznes
155
19:19, Bu gün

"O sevgidə həm cəsarət, həm də sığınacaq var" - FOTOLAR

Əməkdar artist Fərqanə Qasımova yeni fotosessiyasını təqdim edib. 

Muğam ifaçısı bordo və qara rənglərin qarışığından hazırlanan geyimdə obyektiv qarşısına keçib. O bildirib ki, şəkilləri yeni işıq üzü görəcək "Ana" layihəsi üçün çəkdirib. 

F.Qasımova paylaşımına "Ana", sanki bu 3 hərfli sözdə dünyanın möcüzələri gizlənib. Bu möcüzə bizə həyat bəxş edir. Bəxş etdiyi həyatda isə yolumuza mayak kimi işıq saçır. Bir sevgi yaranır onunla, o sevgidə həm sığınacaq, həm cəsarət, həm də ömrümüz boyu izləyəcəyimiz ilk və ən saf yol xəritəsi var" sözlərini yazıb.  (Axşam.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər