“İstəyir Hindistanda olsun, pis şərh yazanı tapıram”
Şou-biznes
174
08:45, Bu gün

“İstəyir Hindistanda olsun, pis şərh yazanı tapıram”

Meyxanaçı Rüfət Nasosnu “Xoş sabah” verilişində sosial şəbəkələrdə ünvanına yazılan mənfi şərhlərlə bağlı diqqətçəkən açıqlama verib.
 
O, bu cür hallara qarşı emosional reaksiya verdiyini və bəzən sərt davrandığını bildirib.
 
“Mən emosional adamam. Pis şərh yazan adamı tapmalıyam. İstəyir lap Hindistanda olsun, onu mütləq tapmalıyam. Məsələn, Saxalin adasından, Fransadan, Almaniyadan yazanları tapmışdım. Pis yazdığı üçün acılamışam, kobud danışmışam. Ona təsir göstərmişəm. Səbəbsiz mənə niyə pis şeylər yazasan axı? Bir var ki, sənə pislik edim, bu başqa. Deyir ki, "yazmışam da". Niyə yazasan axı? Mən pis oxuyuramsa, yaza bilərsən ki, xoşuma gəlmədi. Sən məni təhqir edə bilməzsən, ixtiyarın yoxdur. Mütləq buna adekvat cavab verəcəyəm. Pis rəyi o adama yazarsan ki, dövlət, xalq əleyhinə danışsın, milli atributlarımızı təhqir etsin və ya sənin namusuna qarşı bir söz desin. Pis oxuyuramsa baxma. Yeri gələndə "bəyənmədim" də yaza bilməzsən. Sən bəyəm yolda kiminsə geyimini bəyənməyəndə ona deyə bilirsən? Çünki bilirsən ki, sənə cavab verəcək.” (axşam.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər