Biləsuvarda iki gənc bıçaqlandı, saxlanılan var - YENİLƏNİB
Kriminal
382
09:05, Bu gün

Biləsuvarda iki gənc bıçaqlandı, saxlanılan var - YENİLƏNİB

Biləsuvarda iki gəncə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 23 yaşlı Kənan Rəhimli və 20 yaşlı Tərlan Şahbazov bıçaqlanıblar.
 
Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
07:55
 
Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
 
Belə ki, Biləsuvar şəhər sakinləri – 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaqlanıblar.
 
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarəti alan K.Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər