"Qurani-Kərim qeybi Allahdan başqa heç kəsin bilmədiyi, peyğəmbərlərlə mələklər belə vəhy edilmədikcə qeybdən bixəbər olduqları müxtəlif ayələrdə vurğulanmışdır..."
"Bürclərin insanlara təsiri, müəyyən bir bürcdə doğulmanın insanın xarakterini və digər cəhətlərini formalaşdırdığını nə din, nə də elm qəbul etmişdir..."
Son vaxtlar insanların, təəssüf ki, xeyli hissəsi külli dünyanı, bəşəriyyəti, hamımızı Yaradan Allaha yox, müxtəlif dələduz falçılara, qoroskoplara, ulduz fallarına inanmağa başlayıblar. Bəs İslam dini, Qurani-Kərim ulduz falına inanmağa necə baxır?
Moderator.az mövzunun aktuallığını nəzərə alaraq "Mənəviyyata açılan pəncərə" nəşrinin "Cavablar" rubrikasında dərc olunmuş "Ulduz falı" başlıqlı yazıda Türkiyənin Mərmərə universitetinin İslam hüququ fakültəsinin müəllimi Dr. Anar Qurbanovun məsələyə münasibətini
nəzərinizə çatdırır:
"Sual:
Bu gün yayğın hala gəlmiş ulduz falı haqda nə deyərdiniz?
Cavab:
Ulduz falı insanları doğulduqları bürclərə görə qruplandıraraq, onun gələcəyi və qədəri haqqında məlumat verən bir fal növüdür. Dinimizin qətiyyətlə qadağan etdiyini falçılıq bir növ qeybdən xəbər verməkdir. Halbuki, Qurani-Kərim qeybi Allahdan başqa heç kəsin bilmədiyi, peyğəmbərlərlə mələklər belə vəhy edilmədikcə qeybdən bixəbər olduqları müxtəlif ayələrdə vurğulanmışdır. Məsələn,
“(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!” (Nəml, 27/65),“Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim”(Əraf, 7/188) kimi ayələri burada dəlil gətirmək mümkündür.
Bundan əlavə, qeyd etmək lazımdır ki, ulduzların səmadakı müxtəlif mövqelərinin insanın qədəri ilə heç bir əlaqəsi yoxdur və bunlar insanın iradəsini, qədərini müəyyən etmə iqtidarında da deyillər. İnsana təsir edən ilk növbədə özü, digər insanlar, mələklər, cin-şeytanlar və təbiət hadisələridir. Bunlara qarşı da iman, iradə və ibadət silahlarımız, yəni qorunma vasitələrimiz vardır. Bürclərin insanlara təsiri, müəyyən bir bürcdə doğulmanın insanın xarakterini və digər cəhətlərini formalaşdırdığını nə din, nə də elm qəbul etmişdir. Elmin heç bir sahəsində və dini nəslərdə bu kimi təsirləri qəbul edən işarə belə, yoxdur.
Dr. Anar Qurbanov
Mərmərə unv. İslam hüququ"
Meneviyyat.az
Təqdim etdi:
Sultan Laçın