UEFA Avropa Liqasında finalçıların adları məlum olur
İdman
147
09:00, Bu gün

UEFA Avropa Liqasında finalçıların adları məlum olur

Bu axşam UEFA Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulur.

Moderator.az xəbər verir ki, günün qarşılaşmalarında "Frayburq" klubu "Braqa"nı, "Aston Villa" isə "Nottingem Forest"i qəbul edəcək.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunlarda "Braqa" "Frayburq"u 2:1, "Nottingem Forest" isə "Aston Villa"nı 1:0 hesabı ilə məğlub edib.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi

7 may

23:00, "Frayburq" - "Braqa";

23:00, "Aston Villa" - "Nottingem Forest".

Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması mayın 20-də İstanbulda, "Beşiktaş"ın ev sahibliyi etdiyi "Tüpraş" stadionunda keçiriləcək. Həlledici matç yerli vaxtla saat 23:00-da başlayacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər