Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ və İsraillə 40 günlük savaşdan sonra iqtisadi böhranın daha da dərinləşdiyi İranın hakim dairələri ağır sosial durumda olan xalqın problemlərinin həlli istiqamətində cəsarətli bir addım atmağı qət ediblələr. Tehranda ictimai nəqliyyatı birdəfəlik pulsuz etmək düşünülür. Avtobuslarda və metroda biletlərin ləğv edilməsi planlaşdırılır.
Moderator.az "İslamnews" nəşrinə istinadla xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Paytaxt rəsmiləri artıq bu məsələni nəzərdən keçirməyə başlayıblar. Bu təşəbbüsü həyata keçirmək üçün əvvəlcə şəhər şurasından razılıq alınmalıdır. Şura üzvləri hazırda layihənin təfərrüatlarını nəzərdən keçirir, müsbət və mənfi cəhətlərini ölçüb-biçirlər.
Xatırladılır ki, ideya İran paytaxtının meri Əlirza Zəkani tərəfindən bu ilin mart ayında təklif edilib. O, qeyd edib ki, bu tədbir əhalini dəstəkləmək, yanacaq sərfiyyatını idarə etmək və pik saatlarda tıxacları azaltmaq məqsədi daşıyır. Hakimiyyət orqanlarının rəyinə görə, bu, bir çox avtomobil sahiblərini pula qənaət etmək üçün ictimai nəqliyyata keçməyə sövq edəcək.
S.Laçın