Pentaqon rəsmisi:
Siyasət
152
11:32, Bu gün

Pentaqon rəsmisi: "Biz Azərbaycanı geostrateji tərəfdaş hesab edirik"

"Azərbaycan dünyanın çox mürəkkəb bir hissəsində yerləşir. Maraqlıdır ki, ölkə həm Türkiyə, həm də İsrail ilə güclü münasibətlərə malikdir. Bütün bu səbəblərə görə biz Azərbaycanı geostrateji tərəfdaş hesab edirik".
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Müharibə katibinin köməkçisinin müavini Endryu Lumis Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbulda deyib.
 
O bildirib ki, bu səbəbdən ABŞ və Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb. Pentaqon rəsmisinin sözlərinə görə, müdafiə sahəsində əlaqələr yeni deyil və tarixi əhəmiyyətə malikdir.
 
"İyirmi ildən çoxdur ki, Azərbaycan ABŞ ilə birlikdə döyüşür. Azərbaycan Əfqanıstanı tərk edən son dövlətdən biri idi. Azərbaycanın peşəkar hərbi təhsil kurslarında, eləcə də regional hərbi təlimlərdə iştirakından məmnunuq və hərbçilərimiz arasında qurulan münasibətlər bu əlaqələrin daha da möhkəmlənməsini təmin edir. Biz sabitlik üçün davamlı təməl qururuq, bu əməkdaşlıq və dostluğu davam etdirməyi səbirsizliklə gözləyirik. Tam əminəm ki, müstəsna tərəfdaşlığımız gələcək illərdə daha da güclənəcək", - deyə o əlavə edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər