155
11:44, Bu gün

"Qarabağ"ın rəqiblərindən biri İstanbul nəhəngi oldu - FOTO

Avropa Liqasında II təsnifat mərhələsində səbətlərin tərkibi bəlli olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Football Meets Data" analitik saytı məlumat yayıb.
 
Bildirilib ki, I təsnifat mərhələsinin səpələnməmişlər səbətindəki komandaları bu mərhələdə "Ferentsvaroş" və ya "Qarabağ" ilə üz-üzə gəlsələr, II təsnifat mərhələsində həmin komandalarla birlikdə səpələnmişlər səbətində yer alacaqlar.
 
I təsnifat mərhələsində digər bütün səpələnməmiş komandalar isə II təsnifat mərhələsində səpələnməmişlər siyahısında da qalacaqlar. Bu isə o deməkdir ki, "Qarabağ" mərhələ adlayacağı halda səpələnməmişlər səbətindən "Şerif", "Dinamo" (Kiyev), "Beşiktaş", "Tvente", "Hayduk" "Tromse", "Sankt Gallen", "ÇSKA" (Sofiya), "Hammarbi" klublarından biri ilə üz-üzə gələ bilər. /oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər