İlham Əliyev Xorvatiya Prezidentini təbrik etdi
Siyasət
132
11:26, Bu gün

İlham Əliyev Xorvatiya Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev xorvatiyalı həmkarı Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, təbrikdə deyilir:
 
"Hörmətli cənab Prezident,
 
Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
 
Azərbaycan ilə Xorvatiya arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, konstruktiv dialoqumuzun davam etdirilməsi, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirəcəyik.
 
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər