Məşhur türkiyəli teleaparıcı Reha Muhtar xəstəxanaya yerləşdirildi - FOTO
135
11:50, Bu gün

Məşhur türkiyəli teleaparıcı Reha Muhtar xəstəxanaya yerləşdirildi - FOTO

Ötən axşam Bodrum şəhərində vəziyyəti pisləşən məşhur türkiyəli teleaparıcı Reha Muhtar xəstəxanaya yerləşdirilib.
 
Moderator.az "Haber Global"a istinadən bildirir ki, bu barədə onun keçmiş həyat yoldaşı, tanınmış aktrisa Deniz Uğur sosial şəbəkə hesabında məlumat verib.
 
Məlumata görə, Reha Muhtara ürək çatışmazlığı diaqnozu qoyulub.
 
"Çanaqqaladakı yay evimizdə olduğumuz zaman Reha Muhtarın Bodrumda xəstəxanaya yerləşdirildiyi xəbərini aldıq. Uşaqlarımız Mina və Poyrazın atalarının sağlamlıq vəziyyətini diqqətdə saxlamaları və onun yanında olmaları üçün xəstəxanaya gedirik. Xeyirli dualarınızı əsirgəməməyinizi diləyirik", - deyə Deniz Uğur bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər