Prezident:
Siyasət
123
16:40, Bu gün

Prezident: "Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq Qələbə olmamışdır"

"Mənim dövrümdə biz hər gün azadlıq gününü arzulayırdıq və hər gün onu yaxınlaşdırırdıq. Siz də, bu ərazilərdə yaşamış insanlar da yaxşı bilirsiniz, nə qədər çətin relyefdir həm buralar, həm də Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, orada yeddi müdafiə xətti, minalar var idi. Bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xətləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik".

Moderator.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü zamanı dilə gətirib.

Dövlət başçısı həmçinin bildirib:

"Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq Qələbə olmamışdır. İndi hər şey göz qabağındadır. Müharibələr yan-yörəmizi əhatə edib: istər Şimalda, istər Cənubda, istər başqa yerlərdə. Yəni bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək? Heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir, hərə deyir ki, mən qalibəm.

Amma bizim Qələbə elə mütləq Qələbə idi ki, burada artıq şəkk-şübhə qalmadı. Bayrağımız da Şuşada, ondan sonra Xankəndidə qaldırıldı və düşmən torpaqlarımızdan qovuldu. Ermənistan ordusu tamamilə darmadağın edilmişdir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər