Daxili işlər naziri
Ekskluziv
235
13:13, Bu gün

Daxili işlər naziri "Tramp"ı qurban kəsilməkdən xilas etdi...-FOTO

Banqladeş Daxili İşlər Nazirliyi qırmızı yalına görə "Donald Tramp" ləqəbli nadir bir albinos camışın Qurban bayramı üçün ritual kəsimdən xilas olacağını açıqlayıb. Təxminən 700 kiloqram çəkidə olan heyvan müsəlman qurbanlığı zamanı kəsilmək üçün satılıb. Lakin Amerika prezidentinə bənzəyən camışın videosu sosial mediada geniş yayılaraq internetdə sensasiyaya çevrilib.
Moderator.az bu haqda İsrail mediasına istinadla məlumat yayıb.
 
Daxili işlər naziri Səlahəddin Əhməd camışın dövlət hesabına satın alınmasını və Dəkkə zooparkına yerləşdirilməsini əmr edib. 
 
"Son anda ictimai maraq səbəbindən onu qurbanlıqdan xilas etmək qərarı verildi",- deyə nazirliyin sözçüsü bildirib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər