Paşinyan Sarukyanı hədələdi:
Dünya
145
16:37, Bu gün

Paşinyan Sarukyanı hədələdi: "Hazırlaş, qəfəsdə şirlə birlikdə yaşayacaqsan"

Ermənistanın baş naziri Nikol Paşinyan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanı dövlətin talan edilməsində və xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edib.

 

Moderator.az erməni mediasına istinadən xəbər verir ki, o, bu barədə bu gün keçirdiyi brifinqdə deyib:

 

"Səninlə də hesablaşacağıq, Sarukyan Qaqik. Hazırlaş, biz "Ararat Sement"i milliləşdirəcəyik, sən və qohumların bu cinayət əməliyyatına, Ermənistan xalqının talanmasına görə cavab verəcəksiniz. Həmçinin hazır ol ki, 2031-ci ilə qədər sənin qəsrin də qocalar evinə çevriləcək. Mən bunu Ermənistan seçicilərinə vəd edirəm. Şir barədə bilmirəm, amma hazırlaş, növbəti onillikləri qəfəsdə yaşayacaqsan. Yanında şir də mütləq olacaq, buna söz verirəm", -deyə Paşinyan bildirib.

 

Xatırladaq ki, daha əvvəl Qaqik Sarukyan "Ararat" sement zavodunun əlindən alınacağı ilə bağlı hədələrdən danışarkən Nikol Paşinyana əsgərlərə dövlət yay evlərinin verilməsini təklif edib. Partiya sədri həmçinin bildirib ki, əgər Paşinyan onun casus olduğunu sübut etməsə, baş naziri şir qəfəsi gözləyir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər