17:23
25°C
Bakı
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar mayın 26-dan gücləndirilmiş iş rejimində çalışırlar.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, iki gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 592 reys həyata keçirilib, 20 minə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Tələbatı qarşılamaq üçün əlavə olaraq 180 reys həyata keçirilib.
Sərnişinlərin 55%-i biletlərini onlayn qaydada Biletim.az portalından əldə edərək səfərlərini reallaşdırıb.