“7 qapıya paylayırıq, qardaş-bacımla şərik oluruq” - Məşhurlar qurban kəsə bilib? - SORĞU+ÖZƏL
Ekskluziv
742
09:51, Bu gün

“7 qapıya paylayırıq, qardaş-bacımla şərik oluruq” - Məşhurlar qurban kəsə bilib? - SORĞU+ÖZƏL

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. 
 
Bütün müsəlman aləmində bu bayram yüksək səviyyədə qeyd olunur. Bayramda qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Görəsən, məşhurlar bu müqəddəs gündə qurban kəsəcəklərmi və ya kəsiblərmi? Onlar bu haqda Moderator.az-a danışıblar:
 
Xalq artisti Firəngiz Mütəllimova:
“Bütün xalqımızı bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Bu bayram mənim üçün ən müqəddəs və əziz bayramlardan biridir. Allah kəsilən cəmi qurbanları qəbul etsin. Mən də bayramı ailə üzvlərimlə birgə evdə qeyd edirəm. Azdan-çoxdan nə varsa süfrəmizə qoyuruq. Əlbəttə ki, hər il qurban kəsirik və paylaşırıq. Allah hər kəsin ürəyindəki arzularının Allah mətləbini versin, biz də onların içində”.
 
Əməkdar artist Sevinc Sarıyeva:
“Qurban və Ramazan bayramı mənim üçün çox əzizdir. Biz bir neçə bacı-qardaşıq. Hər il birimiz qurban kəsirik, digərləri də ona şərik olur. Öz aramızda bölüşürük. Allah kəsilən qurbanları, dualarımızı qəbul etsin. Bayramların hamısı özəldir, amma bu iki bayram mənim üçün xüsusi önəm daşıyır. Çünki bu bayramlar vasitəsilə Allaha daha da yaxınlaşırıq, hüzuruna gedirik, onun səcdəsində oluruq. Müqəddəs bayramlarda böyükləri ziyarət edib əllərindən öpmək lazımdır. Bizi yaşadan da onların xeyir-duasıdır”.
 
Əməkdar mədəniyyət işçisi Zülfiyyə İbadova:
“Hər il qurbanı rayonda kəsirdik. Sözün düzü bu bayramda rayona gedə bilmədik. Çünki həyat yoldaşımın işləri çox idi. Çox güman ki, sabaha yaxud da biri günə rayona gedib, qurbanı orada kəsəcəyik. Qurban kəsəndə bir pay özümüzə götürüb, qalanını 7 qapıya paylayırıq. Qurban, Ramazan bölüşmək, paylaşmaq deməkdir”.
 
Müğənni Əli Mirəliyev:
“Hər il imkanım daxilində qurban kəsib paylayırıq. Bilirsiniz ki, qurbanı imkanı olan şəxslər kəsməlidir. Allah mənə imkan yetiribsə, niyə də kəsməyim?! Vacib deyil ki, özün kəsəsən, qurban adına kəsilən əti də alanda  qəbul olunur. Allah hər kəsin ruzisini bol etsin və onlara hər il qurban kəsməyi nəsib etsin”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər