Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib
Siyasət
167
19:20, Bu gün

Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.

Moderator.az xəbər verir ki, dövlət başçıları müqəddəs Qurban bayramı münasibətilə bir-birlərinə təbriklərini çatdırıb, Azərbaycan və İran xalqlarına firavanlıq və ruzi-bərəkət arzulayıblar.

İran İslam Respublikasının Prezidenti ölkəsinin üzləşdiyi ağır günlərdə Azərbaycanın göstərdiyi humanitar yardımlara görə bir daha təşəkkürünü bildirib.

Prezident İlham Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır.

Telefon söhbəti zamanı ikitərəfli əlaqələrin inkişafı və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər