Emmanuel Makron Azərbaycanla münasibətlərin normallaşdırılması yolunda işləmək niyyətini təsdiqləyib
Siyasət
205
18:25, Bu gün

Emmanuel Makron Azərbaycanla münasibətlərin normallaşdırılması yolunda işləmək niyyətini təsdiqləyib

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla münasibətlərin normallaşdırılması yolunda işləmək niyyətini bir daha bildirib.

Moderator.az-ın məlumatına görə, Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda Fransa lideri xatırladıb ki, ötən il oktyabrın 2-də Kopenhagendə görüşdən və bu il mayın 21-də son telefon danışığından sonra, - istər regional məsələlər üzrə dialoq, istərsə də iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq olsun, - bütün sahələrdə ikitərəfli münasibətlərin tam potensialından istifadə etmək üçün onları normallaşdırmaq istiqamətində işləməyə davam etmək niyyətini bir daha bildirmək istəyir.

"Ümid edirəm ki, tərəfdaşlıq ruhunda ikitərəfli münasibətlərimizin inkişafına mane olan son çətinliklərin öhdəsindən gələ biləcəyik", - E.Makron yazıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər