Milli Məclisin yaz sessiyası başa çatıb
Siyasət
134
14:17, Bu gün

Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb.

Moderator.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin yaz sessiyasının son iclasında məlumat verib.

Bildirilib ki, sessiya ərzində 15 plenar iclas keçirilib, 57 qanuna dəyişiklik layihəsi və 19 qərar qəbul edilib.

Sədr parlamentin keçirdiyi ictimai dinləmələr, iclaslar barədə məlumat verib:

"Parlamentlə hökumət arasında konstruktiv iş birliyi mövcuddur. Həmçinin deputatların təklifləri də icra orqanları tərəfindən nəzərə alınıb. Bundan başqa, parlamentdə bu sessiyada bir konfrans keçirilib. Dörd ictimai dinləmə baş tutub".

S.Qafarova əlavə edib ki, sessiya çərçivəsində 10 minə qədər vətəndaşın müraciətinə baxılıb.

Bundan başqa, 337 qonağın Milli Məclisdə qəbul edildiyi vurğulanıb:

"Hesabat dövründə Milli Məclis dörd beynəlxalq tədbir keçirib ki, bunların üç Bakıda baş tutub".

Yekunda yaz sessiyası bağlı elan edilib və Dövlət Himni səsləndirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər