Kaliforniyada fövqəladə vəziyyətə görə boşaldılan evlər qarət edilir
Dünya
140
14:30, Bu gün

Kaliforniyada fövqəladə vəziyyətə görə boşaldılan evlər qarət edilir

Cənubi Kaliforniya ştatının Qarden Qrov şəhərində təhlükəli kimyəvi maddə sızması səbəbindən boşaldılmış evlər qarətçilərin hədəfinə çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) nəşri məlumat yayıb.

Qeyd olunur ki, şəhərin 50 mindən çox sakini kimyəvi fəlakət riskinə görə öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bu vəziyyətdən istifadə edən bəzi şəxslər boşalmış küçələrdəki yaşayış binalarına yerləşiblər. Polis artıq bu işlə bağlı yeddi nəfərin həbs edildiyini bildirib.

Qeyd edək ki, hadisə mayın 21-də Qarden Qrov şəhərində yerləşən "GKN Aerospace" zavodunda baş verib. Tərkibində 7 min qallon metilmetakrilat olan rezervuarlardan birində maddənin həddindən artıq isinməsi səbəbindən təzyiq artıb. Nəticədə zəhərli buxarlar əmələ gəlib. Mayın 24-də Kaliforniya qubernatoru Qevin Nyusom təhlükəli kimyəvi maddə ilə bağlı yaranmış vəziyyət fonunda Orinc dairəsində fövqəladə hal elan edib. Dairənin yanğınsöndürmə xidmətinin rəhbəri Kreyq Kovi bunun Kaliforniya tarixindəki ən ağır kimyəvi insidentlərdən biri ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, vəziyyət kimyəvi fəlakət həddinə çatıb.

"NBC News"un bu gün yaydığı məlumatına əsasən, hazırda təhlükə sovuşub. Çəndə yaranan çat sayəsində tutumun daxilindəki temperaturun aşağı düşməsi nəticəsində partlayış riski aradan qaldırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər