19:11
19°C
Bakı
"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) türk dünyası üçün mühüm əhəmiyyət daşıyır".
Moderator.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev bildirib.
O, tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib:
"Bu kimi tədbirlər mühümdür. Çünki dayanıqlı və davamlı şəhərlərin qurulması gələcək inkişafın əsasını təşkil edir".