Əli Əsədov Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb
Siyasət
146
17:30, Bu gün

Əli Əsədov Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsinin əhəmiyyəti vurğulanıb, bu mötəbər tədbirin qlobal çağırışlar fonunda şəhərlərin gələcək inkişafı ilə bağlı beynəlxalq tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm platforma olacağına əminlik ifadə olunub.

Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsi təqdir edilərək, iki ölkə prezidentlərinin birgə səyləri sayəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd edilib.

Tərəflər parlamentlərarası əməkdaşlığa xüsusi diqqət yetirərək, Azərbaycan və Belarusun qanunverici orqanları arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda konstruktiv dialoqun səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Görüşdə Azərbaycan-Belarus əlaqələrinin qarşılıqlı maraq doğuran sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər