Bizi sosial şəbəkələrdən izləyin:
"Belarus parlamenti Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində olduqca aktiv fəaliyyət göstərir".
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, Bakı və Minsk qanunverici orqanlar səviyyəsində əlaqələri daha da genişləndirmək niyyətindədir:
"Mən Belarus parlamentinə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsindəki aktiv fəaliyyətinə görə öz təşəkkürümü bildirirəm. Cənab İqor Sergeyenko ilə apardığımız müzakirələrdə gəldiyimiz müştərək nəticə budur ki, biz bu əlaqələrin daha da genişləndirilməsi üzrə səylərimizi qətiyyətlə davam etdirməliyik".