WUF13-də Türkmənistanın Arkadağ şəhəri nümunə kimi təqdim edildi
Siyasət
133
18:25, Bu gün

WUF13-də Türkmənistanın Arkadağ şəhəri nümunə kimi təqdim edildi

Türkmənistan Prezidenti yanında Arkadağ Şəhərinin Tikinti üzrə Dövlət Komitəsinə rəhbərlik edən Dəryagəldi Orazov WUF13 çərçivəsində baş tutan Liderlər Sammitində bu yaşayış məntəqəsini müasir "ağıllı şəhər" modelinin bariz nümunəsi adlandırıb.

Moderator.az-ın xəbərinə görə, komitə sədri deyib ki, Arkadağ qısa zaman kəsiyində ölkə regionlarının dərin analizi nəticəsində ərsəyə gələn təhlükəsiz və innovativ mərkəz kimi özünü doğruldub:

"Şəhərin baş planı tərtib edilərkən mühəndislik, iqlim, təbiət və ekologiya amilləri diqqət mərkəzində saxlanılıb. Əhalinin həyat səviyyəsini yüksəltmək və infrastrukturu tənzimləmək məqsədilə rəqəmsal innovasiyaları özündə birləşdirən "ağıllı şəhər" modelinə üstünlük verilib. Eyni zamanda, mərkəzləşdirilmiş xidmət tərəfindən idarə olunan, təcili reaksiya və avtomatik analiz funksiyaları ilə təchiz edilmiş videomüşahidə şəbəkəsi qurulub".

D.Orazov fiziki məhdudiyyətli şəxslər üçün xüsusi əlçatanlıq infrastrukturunun yaradıldığını da vurğulayıb. Bu çərçivədə şəhərdə səsli işıqforlar, xüsusi taktil yollar və əlilliyi olan vətəndaşlar üçün rahat naviqasiya sistemləri istifadəyə verilib:

"İnkişaf prosesində əsas diqqətçəkən məqamlardan biri ətraf mühitin qorunması və su ehtiyatlarının səmərəli istehlakıdır. Quraq hava şəraitində yaşıllıqları suvarmaq məqsədilə yeraltı və yağış sularının yığılaraq yenidən istifadəsini təmin edən sistemlər düzəldilib. Karbon emissiyalarını və enerjiyə tələbatı azaltmaq üçün günəş panelləri və elektromobillər kimi alternativ enerji növlərindən geniş istifadə olunur. Bundan başqa, şəhər ətrafında kol bitkiləri, meyvə və iynəyarpaqlı ağacların əkilməsi ilə ekoloji balansın qorunmasına xidmət edən abadlıq işləri həyata keçirilir".

Layihə indiyədək beynəlxalq qurumlar tərəfindən 40-a yaxın fərqlənmə sənədinə layiq görülüb. Bunların sırasına təhlükəsiz, inklüziv, ekoloji və dayanıqlı yaşayış məntəqəsi standartlarına görə verilmiş BMT-Habitat sertifikatı, eləcə də 520 nəfərin qatıldığı ən genişmiqyaslı bağçılıq təliminə görə əldə edilən Ginnesin Rekordlar Kitabı sertifikatı daxildir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər