19:55
19°C
Bakı
"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi 2026/27 mövsümü üçün ilk transferini reallaşdırıb.
Bu gün tibbi müayinədən keçən 25 yaşlı fransalı futbolçu Jali Muaddib 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Jali Muaddibin son klubu Kipr təmsilçisi "Omoniya Aradippu" olub. Fransalı futbolçu karyerası ərzində vətənində "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da çıxış edib. O, Rumıniyada isə "Botoşani"nin formasını geyinib.
Qeyd edək ki, Muaddib Fransanın U-19 millisində də çıxış edib.
