Siyasət
201
16:50, Bu gün

"Haber Global" Azərbaycanın TDT-dəki rolu barədə süjet hazırlayıb - VİDEO

Mayın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi zirvəsi "Süni intellekt və rəqəmsal inkişaf" mövzusu ilə türk dünyasının mənəvi paytaxtı Türküstanda - Qazaxıstanın ev sahibliyi ilə keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalında yayımlanan reportajda bildirilib.

Süjetdə qeyd olunub ki, təşkilatın yaranmasında Azərbaycanın böyük rolu danılmazdır.

İlk tədbirin Şuşada baş tutması da xüsusi qeyd edilib.

"Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylər göstərilməsi çox önəmlidir", - deyə telekanal süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin sitatına yer verib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər