KİV: ABŞ Pakistandakı danışıqlarda iştirak etməyəcək
Dünya
209
20:35, Bu gün

KİV: ABŞ Pakistandakı danışıqlarda iştirak etməyəcək

İran nümayəndələri aprelin 24-də Pakistan tərəfi ilə danışıqlar apara bilər, lakin ABŞ bu görüşdə iştirak etməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə CNN amerikalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İslamabadda ümid edirlər ki, bu görüş ABŞ və İran arasında danışıqların ikinci raunduna gətirib çıxaracaq.

Bundan əvvəl "Geo TV" telekanalı mənbələrə istinadən bildirmişdi ki, İranın xarici işlər naziri Abbas Əraqçının rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də İslamabada gələrək ABŞ ilə danışıqları bərpa edə bilər.

Daha sonra IRNA məlumat yayıb ki, Əraqçı cümə günü səfərə çıxaraq Pakistan, Oman və Rusiyanı ziyarət edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər