Leninin yaxın qohumu vəfat etdi
453
11 May 2026 | 21:12

Leninin yaxın qohumu vəfat etdi

Vladimir Leninin qardaşı nəvəsinin qızı Yelena Ulyanova 47 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə mayın 11-də “Qorki Leninskiye” muzey-qoruğunun mətbuat xidməti “RİA Novosti”yə məlumat verib.

Bildirilib ki, Yelena Ulyanova mayın 8-də dünyasını dəyişib. Məlumata görə, ölümə kəskin infeksion xəstəlik səbəb olub.

Vida mərasiminin mayın 13-də Moskvadakı Mitinski krematoriyasında keçiriləcəyi qeyd olunur.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər