Türkiyədən Qəzzaya yeni yardım donanması yola düşüb
Dünya
110
20:55, Bu gün

Türkiyədən Qəzzaya yeni yardım donanması yola düşüb

Türkiyənin Marmaris şəhərindən Qəzzaya doğru yeni humanitar yardım donanması yola çıxıb.

Moderator.az xəbər verir ki, bu barədə "Clash Report" "X" səhifəsində məlumat yayıb.

Məlumata görə, 45 ölkədən gəlmiş təxminən 500 fəalın iştirak etdiyi karvan 54 qayıqdan ibarətdir və bu, fəalların Qəzzaya çatmaq üçün sayca ikinci cəhdidir:

"Fəallar yenidən Türkiyədə toplaşaraq daha böyük karvan formalaşdırıblar və yenidən Qəzzaya doğru hərəkətə başlayıblar. İsrail tərəfi isə donanmanın qarşısını yenidən alacağını bildirib", - məlumatda vurğulanıb.

Bildirilib ki, karvanın daşıdığı humanitar yardım yükünə düyü, un, körpə qidası və dərman vasitələri daxildir.

Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələrinin aprelin 30-na keçən gecə Krit adası yaxınlığında "Qlobal Sumud Donanması"nın 58 gəmisindən 15-ni ələ keçirdiyi bildirilmişdi.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər