187
15:35, Bu gün

"City Garden Narimanov"da bağçalı mənzillər ipoteka ilə satışdadır — "Kristal"

"Kristal"ın meqa yaşayış kompleksi "City Garden Narimanov" — şəhərin coğrafi mərkəzindəki unikal mövqeyi, 17,3 hektarlıq yaşıl həyəti və tam təmirli mənzilləri ilə müştərilərə şəhər içində premium yaşam təklif edir.

"N.Nərimanov" metro stansiyasından 720 metr məsafədə, "Heydər Əliyev" prospektinin yaxınlığında, 21 hektar ərazidə yerləşən kompleks Bakının coğrafi mərkəzindədir. Hazırda kompleksdə tikintisi davam edən və yaşayışa hazır mənzillər olmaqla — 2, 3, 4 otaqlı və studiya tipli müxtəlif seçimlər təqdim edilir. Optimal planlaşdırılmış mənzillər Avropa brendlərinin materialları ilə tam premium təmirli şəkildə sakinlərə təhvil verilir. Bundan əlavə, şəxsi bağçalı eksklüziv mənzil seçimləri də mövcuddur.

Mənzillər 36 ayadək daxili kredit, həmçinin 20%-dən başlayan ilkin ödəniş ilə 20 ilədək ipoteka imkanları ilə satışdadır. Bundan əlavə, layihədə "Evini hissə-hissə al" modeli də aktivdir — bu model sayəsində minimum sahədən başlayaraq mənzil sahibi olmaq, sonra isə aylıq öhdəlik və faiz olmadan öz sürətinlə tam sahəyə çatmaq mümkündür.

 
Layihədəki bağçalı mənzillər isə ayrıca diqqətə layiqdir. 60-105 kv.m şəxsi bağçaya sahib bu mənzillərdə bağça sahəsi mənzil qiymətinə daxil edilmədən HƏDİYYƏ olaraq verilir — yəni eyni qiymətə həm mənzil, həm də öz bağçanı əldə etmiş olursan.

 

"City Garden Narimanov"da mənzillər sakinlərə premium təmirli şəkildə təhvil verilir. İstifadə olunan hər bir material beynəlxalq keyfiyyət standartlarına cavab verir: Almaniya istehsalı “HARO” parketi, İtaliyanın “GEWISS” elektrik sistemi, İtaliyanın “Prysmian” brendinin yanmayan kabelləri, Almaniyanın “GROHE” hamam aksesuarları, “Zambaiti Parati” divar örtükləri, İtaliyanın “Infinity” keramoqranitləri.

Bütün mənzillər günəş işığından maksimum faydalanacaq şəkildə unikal planlaşdırma ilə layihələndirilib; yerdən tavanadək pəncərələr isə mənzillərə açıq, geniş atmosfer qatır. Həmçinin mənzillərarası və mənzildaxili divarlarda tətbiq olunan yenilənmiş səs və istilik izolyasiyası sistemi — rahatlığı ən incə frekanslarına qədər hiss etdirmək üçün düşünülüb.

“City Garden Narimanov”un 17.3 hektarlıq yaşıl həyəti sakinlər üçün tam bir açıq hava məkanına çevrilib. 3 km yürüş zolağı, 1,5 km velosiped yolu, qaçış zolağı, basketbol, tennis və futbol meydançaları, açıq hava fitness sahəsi — gündəlik aktiv həyat üçün lazım olan hər şey kompleks daxilindədir. Bunlarla yanaşı, dekorativ hovuzlar, piknik və istirahət zonaları sakinlərə şəhər içində sakit, rahat bir atmosfer yaradır.

Kompleksin infrastrukturu yalnız açıq hava ilə məhdudlaşmır. Daxilində yeni mall, fitness mərkəzi və uşaq bağçası fəaliyyət göstərəcək. Sentyabr ayında isə özəl “LANDAU School” fəaliyyətə başlayacaq. Beləliklə, gündəlik ehtiyaclar üçün — istər alış-veriş, istər idman, istər uşaqların təhsili — kompleksdən kənara çıxmağa ehtiyac qalmır.

Təbiətlə iç-içə, premium şəhər həyatı yaşamaq istəyənlər layihə ilə yaxından tanış olmaq üçün satış ofisinə yaxınlaşa və ya *1544 qısa nömrəsinə zəng edə bilərlər.

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi

kristal.az

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər