Bəzi rayonlarına yağış, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət
142
16:45, Bu gün

Bəzi rayonlarına yağış, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.

 

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 8-i saat 16:00-a olan məlumatında qeyd olunub.

 

Bildirilib ki, bir sıra ərazilərdə yağıntılar intensiv xarakterlidir.

 

Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Oğux, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Balakən, Qax (Sarıbaş), Göyçay, Zərdab, Yardımlı, Lerikdə arabir şimşək çaxır, yağış yağır.

 

Şahdağ, Qrız və Xınalıqda isə arabir qar yağması müşahidə olunur.

 

Saat 14:28-14:29 radələrində Gədəbəy rayonuna xırda ölçülü dolu düşüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər