“Whatsapp” qrupunda iş yoldaşlarını söyən qadın CƏRİMƏLƏNDİ
Hadisə
89
15:57, Bu gün

“Whatsapp” qrupunda iş yoldaşlarını söyən qadın CƏRİMƏLƏNDİ

Tovuzda qadın “Whatsapp” qrupunda iş yoldaşlarını təhqir edib.
 
31 yaşlı Gülnar Hacıyeva (ad və soyad şərtidir) ilə gözəllik salonunda işləyən digər həmkarları arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnar özünün, salonun sahibinin və digər iki qadının olduğu “Whatsapp” qrupunda sahibkarı söyüb.
 
Bu əməlinə görə, Gülnar polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
 
Gülnar Hacıyevanın sözlərinə görə, salonun sahibi iş yerində onunla kobud danışaraq müştərilərinin onlara mane olduğunu deyib. Hadisə olan günü axşam zərərçəkən sahibkar ona zəng edərək danlayıb, Gülnar söz demək istəyəndə isə telefonu söndürüb. Buna görə də Hacıyeva “Whatsapp” qrupunda salonun sahibini və digər iki xanım əməkdaşı söyüb. O, bu əməlini həmin qadınların birləşərək onu işdən çıxarmaq istədikləri üçün etdiyini bildirib.
 
Gözəllik salonunun zərərçəkən sahibi isə ifadəsində bildirib ki, işçilər arasında mübahisə olduğu üçün axşam Gülnarla danışaraq iradını çatdırıb və bunlara son qoymasını istəyib. Gülnar da “Whatsapp” qrupunda onu və digər iki qadını təhqir edib. Zərərçəkən şikayətçi olduğunu və Gülnar barəsində ağır inzibati tənbeh tədbiri görülməsini istədiyini qeyd edib.
 
Məhkəmənin qərarı ilə G. Hacıyeva 500 manat məbləğində inzibati qaydada cərimələnib. /Lent.az
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər